Separatçı Dağlıq Qarabağ respublikasının “xarici işlər naziri” Karen Mirzoyan peyk telekanalı olan “Frans-24″ə müsahibə verib.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, K. Mirzoyan Azərbaycanın ərazi bötüvlüyünün bərpası və Dağlıq Qarabağın yenidən rəsmi Bakının idarəçiliyi altına keçə bilmə ehtimalı barədə suala “Belə bir perspektiv və ümid var” deyə cavab verib.
Separatçı rejiminin nümayəndəsinin bu fikirləri İrəvanda böyük etirazla qarşılanıb. Qondarma Dağlıq Qarabağ respublikasının başçısı Bako Saakyan K.Mirzoyanın məşhur telekanala müsahibə verməklə bağlı həyəcanlı olduğunu və özünü itirərək belə bir ifadə işlətdiyini iddia edir.
Ancaq Karen Mirzoyan kimi təcrübəli siyasətçinin müsahibədə səsləndirdiyi fikirlər başqa mətləblərdən xəbər verir- “Dağlıq Qarabağda siyasətçilər bu ərazinin gələcəyinin Azərbaycana birləşməklə bağlı olduğunu etiraf etməyə başlayırlar.”
Onlar Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu və gec-tez Azərbaycanın ərazi bötövlüyünün bərpa eiləcəyini beynəlxalq arenada səsləndirməyə başlayıblar.