Dünyada hər 3 qadından biri şiddətə məruz qalır
Dünyada hər 3 qadından biri şiddətə məruz qalır. Bu barədə Ümumdünya Sağlamlıq Təşkilatının (WHO) ilk sistematik araşdırmasında məlumat yayıb. Təşkilatın məsul rəsmisi Flavia Bustreonun sözlərinə görə, bu, şokedici statistikadır. “Dəhşətə salan isə bu fenomenin dünya miqyasında olmasıdır”.
Araşdırma 81 ölkənin təqdim etdiyi rəqəmlər, statistik göstəricilər əsasında aparılıb. Nəticələrə görə, Banqladeş, Myanma, Şri Lanka və Taylandın daxil olduğu Asiyada ailədaxili şiddət 37,7 faizdir. İkinci yerdə 37 faizlə Yaxın Şərq, üçüncüdə isə 36,6 faizlə Afrika yer alır. Şimali Amerika, Avropa Birliyi ölkələri,Yaponiya, Koreya, Avstraliya və Yeni Zelandiya kimi inkişaf etmiş ölkələrdə isə bu rəqəm 23,3 faizə kimi yüksəlir.