Google şirkəti uşaq pornoqrafiyasını internetdən təmizləmək üçün xüsusi məlumatlar bazası yaradıb.
Google şirkəti uşaq pornoqrafiyası materiallarını internetdən daha effektiv şəkildə silən məlumatlar bazası yaradıb.
Şirkətin təmsilçilərinin sözlərinə görə, uşaqların seksual istismarı qlobal problemdir, bu isə öz növbəsində qlobal həll tələb edir.
Qeyd etmək lazımdır ki, Google şirkəti bu kampaniyanı 2008-ci ildən keçirir.
Hər bir görüntü onun surətini insan iştirakı olmadan şəbəkədə tapan unikal identifikator qazanır. Bu isə uşaq pornosu elementi olduğu halda onu silmə imkanı yaradır.