Müdafiə Nazirlyinin mətbuat xidməti Rövşən Əkbərovun iyunun 26-da keçirilən hərbi parada dəvət olunmaması ilə bağlı xəbəri təkzib edib.
Bu gün bəzi informasiya saytlarında gedən məlumata görə, guya iyunun 26-da Azadlıq Meydanında keçirilən hərbi parada Şəmkir Hərbi Birləşməsinin komandiri general Rövşən Əkbərov dəvət edilməyib: «Bu, tamamilə yalan və təxribat xarakterli dezinformasiyadar. Məlumatı ötürən mənbə xüsusi niyyətlə belə bəsit və uydurma fikrin yayılmasında maraqlı olub. Bir daha bildiririk ki, xəbər kökündən yalnışdır. Bütün hərbi birləşmə komandirləri parada dəvət olunub və hamısı da iştirak edib”.
qafqaz.info