Beyin xərçəngindən əziyyət çəkən gənc azərbaycanlı qız Zivər Vəkilova vəfat edib. Oxu.az xəbər verir ki, bu barədə qızın dostları sosial şəbəkələrdə yazıblar.
Onların sözlərinə görə, qızın yaxınları müalicə üçün lazım olan 60 min dollar pulu toplaya bilməyiblər.
Qeyd edək ki, əvvəllər Zivərdə medulloblastoma (beyin xərçəngi) aşkar olunmuşdu.
Qız əməliyyat, kimyəvi terapiyadan keçib, Moskvada, İsraildə müalicə alıb. Lakin tam müalicə üçün ona hüceyrələrin transplantasiyası ilə yanaşı böyük dozalı kimyəvi terapiya tələb olunurdu. Buna isə 60 min dollar pul lazım idi. Lakin qızın valideynlərində bu məbləğdə pul olmadığı üçün onlar ölkə sakinlərinə müraciət etdilər.
Qızın dostlarının yazdığına görə, lazımi məbləğ toplanmadı və dünən axşam Zivər dünyasını dəyişdi.