I qan qrupu olan:
Kişilər:
Qadınların diqqətini cəlb eləmək və ilk baxışdan onları özlərinə cəzb etməkdə mahirdirlər. Onların xoşuna gəlir ki, qadını həsrətdə qoysunlar və «bişmiş məsələni» uzatsınlar. Amma öz ovlarını ələ keçirəndən sonra qadınlar peşman olmayacaq: çünki o, çox yaxşı kişidir.
Qadınlar:
Bu qadınlara onu möhkem sıxa biləcək və heç yerə getməyə qoymayacaq kişi münasibəti azımdır. Cazibəli, isti və qısqancdırlar. Yanındakı kişinin başqasına ötəri baxmasını belə həzm edə bilmirlər. İntim həyata acgözdürler. Çünki ehtirasın əsiridirlər. Bu da hər kişinin xoşuna gələ bilər.
II qan qrupu olan:
Kişilər:
Çox utancaqdırlar. Sevgi ve istəklərini baxışları ilə, özü də gizli çatdırırlar.Onun həyat yoldaşı gərək həmişə nəzərə çatdırsın ki, ərini sevir. Bu kişilər qadına çox məhrəm, hətta ana kimi baxırlar. Ona görə də ehtiras onlar üçün əsas deyil.
Qadınlar:
Çox utancaq olurlar, bilmək olmur, fikrindən nələr keçir. Hetta aşiq olsa belə, onu ən gizli sirr kimi saxlayır. Bu qadınlar etibarlı olurlar. İntimdə çox hissiyatlıdırlar.
III qan qrupu olan:
Kişilər:
Həqiqəti bircə onlar özləri bilirlər.Onlar – qadınlarla danışmağı, zarafat etməyi, özünü onlara yaxşı göstərməyi xoşlayır. Əslində isə sevgidən ve həqiqi yaxınlıqdan qorxurlar.Onlara hər zaman güvənmək olar.
Qadınlar:
Düzgünlüyün ve sadiqlyin arxasında gizli ekstravaqantlıq gizlenir. Amma ondan yaxşı arvad çıxacaq. Sevgi və intimdə gərək helledici söz onun olsun. Ehtiras onun üçün əsas hiss deyil.
IV qan qrupu olan:
Kişilər:
Qadınların bütün incəliklərini əla bilir. Hissləri dərin deyil, amma ehtirası kifayət qəderdir. Sevgi oyunlarının baş qəhrəmanıdır. Əgər qadın ona bircə gün etiraz etsə, bir daha bu kişinin üzünü görməyəcək.
Qadınlar:
Onlar da kişileri asanlıqla özlərinə cəlb edə bilirlər.Əgər kimisə öz həyatına yaxın buraxsa, bilin ki, kişi onun istədiyi ilə barışmalı və bütün gücünü ona sərf etməlidir. Kişini o qədər bezdirəcək ki, yazıq evdən qaçacaq.