İlk beş ay ərzində Azərbaycandan 12 mln. 528 min dollar həcmində spirtli və spirtsiz içki ixrac olunub.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68,59% artım deməkdir.
Eyni zamanda bu müddətdə ölkəyə tütün və tütün məmulatlarının idxalında da artım müşahidə edilib.
Belə ki, ilk beş ayda ölkəyə 124 mln. 783 min dollar həcmində tütün və tütün məmulatı gətirilib. Bu isə bir ildə 9,9%-dək artım deməkdir.
Yanvar-may ayları ərzində Azərbaycanın cəmi ticarət dövriyyəsi 14 mlrd. 725 mln. 615 min dollar olub ki, bunun da 4 mlrd. 359 mln. 811 min dollarını ölkəyə idxal təşkil edib.
gun.az