Makiyaj otağı tələb edən qadın millət vəkilinə həmcinsləri reaksiya göstərdi
İsraildə parlament məclisində qadın millət vəkillərindən birinin makiyaj otağı tələb etməsi qalmaqala səbəb olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, “Yesh Atid” partiyasının qadın millət vəkili Ruf Kalderon parlamentdə rahat makiyaj edə bilmək üçün makiyaj otağı tələb edib.
“Likut” partiyasının qadın millət vəkili Miri Reqev isə həmcinsinin bu istəyinə reaksiya göstərib. “Bura parlamentdir, modaevi deyil, biz də model deyilik” -deyən Miri Reqev bu istəyin reallaşmayacağını nildirib.