İranlı mühacir rejissor Nima Raoofinin çəkdiyi “Mənim ayaqqabılarım” (My Shoes) qısametrajlı filmi son günlər sosial şəbəkələrdə ən çox izlənilən və paylaşılan video olub.
“Qafqazinfo” xəbər verir ki, bu ilin əvvəlində YouTube-da yerləşdiirlən video artıq bir milyondan çox insan tərəfindən izlənilib.
Bir il əvvəl daha yaxşı həyat üçün Avstraliyaya köç edən rejissor açıqlamalarından birində böyük marağa səbəb olan filminin bu qədər izlənməsindən xoşbəxt olduğunu və Allaha şükr etdiyini bildirmişdi.