Ötən gecə Bakının Sabunçu rayonunda ər arvadını amansızcasına öldürüb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Nardaran qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü Həsən İsmayılov yaşadığı mənzildə həyat yoldaşı 1977-ci il təvəllüdlü Ramizə İsmayılovanı qətlə yetirib. Kişi arvadına 10-dan artıq bıçaq zərbəsi vurub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.