Milli Məclisin sabiq spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev müxalifət liderlərinin ABŞ səfəri ilə bağlı Milli Şura üzvlərinin mətbuata verdikləri açıqlamalara aydınlıq gətirib. Eks-spiker Modern.az-a açıqlamasında növbəti dəfə bu məsələyə toxunaraq belə bir görüşün olmayacağını əminliklə bildirib.
“Milli Şuranın liderləri ABŞ-a dəvət olunub, görüşlər keçirəcəklər yazılarına cavab vermişəm. Bu cavabın hər bir sözü və hərifi də düzdür. Hökümətdən iki nəfər həmin formatı dəyişilmiş dinləməyə çağrıldığı halda, fikrinizcə, müxalifətdən heç kim çağrılmalı deyildimi”-deyə R.Quliyev cavab verib.
Qeyd edək ki, Milli Şura üzvləri yerli mətbuata açıqlamalarında bir neçə müxalifət liderinin Amerikaya dəvət olunduğu, yaxın günlərdə okeanın o tayına səfərə yola düşəcəklərini bildirirdilər. Hətta səfərdə Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov, İcra Aparatının rəhbəri Eldar Namazov və Gültəkin Hacıbəylinin iştirak edəcəyi planlaşdırılırdı.
Milli Şurada təmsil olunan eks-spiker Rəsul Quliyev isə Modern.az-a açıqlamalarının birində belə bir görüşün nəzərdə tutulmadığını bildirmişdi.