“Mən bu bəladan qurtulmaq istəmirəm, amma ölmək istəyirəm”
Azərbaycanda narkomaniyadan bəhs edən “Ölümü sifariş edənlər” adlı film çəkilib. ANS PRESS-in məlumatına görə, filmin əsas məqsədi gənc nəslə narkomaniya – ağ ölüm bəlasının fəsadlarını maarifləndirmə yolu ilə çatdırmaq və onları narkotikə qurşanmasının qarşısını almaqdır.
Narkomaniyanın fəsadları barədə qısametrajlı film Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Maarifçi Gənclər Təşkilatı tərəfindən hazırlanıb.
Ölümü sifariş edənlər haqqında həkim-narkoloq Asif Kəngərli, Tibb universitetinin dosenti Araz Mənüçöhri, BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının koordinatoru Məzahir Əfəndiyev danışıblar.
“Ölümü sifariş edənlər” sənədli filminin təqdimatı Park Bulvar AVM-də keçirilib.
http://www.youtube.com/watch?v=pUV8HQSBhLk