Deyəsən, elə bir dövr gələcək ki, daha yaşlı insan görməyəcəyik
Bu metodu bəlkə də, tezliklə tibdə bir çox dərdlərin dərmanı hesab etməyə başlayacaqlar. İnsanın öz daxili ehtiyatlarından çatışmayan hissə və ya orqanın bərpası… ABŞ-ın Pittsburq Universitetinin illərdir ki, üzərində işlədiyi kök hüceyrələrin transplantasiyası ideyası ilkin bəhrələrini verməkdədir. Və ilk olaraq bu rekonstruktiv-plastik cərrahiyyədə tətbiq edilməyə başladı. Təsəvvür edin ki, dəri yanıb, ya da sümük sınıb. Zədəli hissənin bərpası üçün dəri donorluğuna ya da sümük protezine ehtiyac qalmayacaq. İnsanın öz bədənindən alınan xüsusi – “kök hüceyrələri” adlanan mikroskopik hüceyrələrlə bu dərdlərə çarə qılmaq mümkün olacaq. Bu yenilik artıq Bakıya da gəlib çıxıb. Türkiyənin Bayındır Sağlıq Qrupunda çalışan cərrah Ali Riza Erçöçen bu əməliyyatları Bakıda da həyata keçirir.
Əməliyyatların mahiyyəti barədə “Bayındır Sağlıq Qrupu”nun Bakı nümayəndəliyinin rəhbəri Fəridə Rəhimbəyova Publika.Az-a məlumat verir:
-Bu yenilik ondan ibarətdir ki, insanın öz kök hüceyrələrini alıb ən sağlam hüceyrələri seçib yenidən insana vurub onun zədəli orqanlarını, məsələn, onkoloji əməliyyatdan sonra onun süd vəzisini bərpası üçün istifadə edirlər. 3 ay ərzində həmin hüceyrələr süd vəzisini bərpa edir. Bu metod təkcə orqanların bərpasında deyil, həm də anti-age, üz cavanlaşması məqsədilə də həyata keçirilir. Bu günə qədər dəridəki qırışları və sallanmaları aradan qaldırmaq üçün üzü dartdırırdılar. Amma indi kök hüceyrə metodu sayəsində insanın öz hüceyrələrini dəriyə vurub 15, 20 il əvvələ qaytarmaq mümkündür. Bu üsulu əllərdə, ayaqlarda və bədənin qocalmış hissələrində tətbiq edərək qocalmış dəri bərpa olunur.
İflic olmuş üzü də kök hüceyrə metodu ilə bərpa etmək mümkündür. Kök hüceyrəni üzün işləməyən tərəfinə yeritməklə sağalır. Həmçinin avtomobil qəzalarından sonra sümüklərdə əzilmə, sınma, axsama və sümük çatışlamazlığını bərpa etmək mümkündür. Yanıqlardan sonra heç bir əməliyyatın və dəri köçürməsinin bərpa edə bilmədiyini, kök hüceyrə nəqli vasitəsi ilə yanıq izlərini aradan qaldırılır.
Arayış
Kök hüceyrələri (ədəbiyyatlarda “sələf” və ya “ilkin” hüceyrə adı ilə də rast gəlinir) insan orqanizminin istənilən hüceyrəsinə çevrilə bilər. Kök hüceyrələri ətrafında aparılan elmi tədqiqatlar implantasiyada və qocalıqla mübarizədə böyük uğurlardan xəbər verir. İnsan orqanizmində həmişə az miqdarda kök hüceyrələri olur və insan yaşa dolduqca onların sayı böyük sürətlə azalır. Bu hüceyrələr ən aşağı differensasiya dərəcəsində olurlar və orqanizmin istənilən hüceyrəsinə çevrilmək qabiliyyətinə malikdirlər. Endokrin, sümük, əzələ, hətta bərpaolunmaz sayılan sinir hüceyrələrinə də. Həmin hüceyrələri əldə etmək və “proqramlaşdırmaq” mümkündür.
Alimlər kök hüceyrələrindən ibarət “hüceyrə bankı” yaratmaq fikrini dəstəkləyirlər. Onlar həmçinin bu hüceyrələrin antigenlik xüsusiyyətlərini azalda biləcəklərini də qeyd edirlər. İnsan orqanizminə yeridilmiş bu hüceyrələr şiş prosesi nəticəsində dağılmış toxumanı bərpa etməyə, həmçinin qocalmış hüceyrələri bərpa etməyə imkan verir. Unikal regenerasiya qabiliyyətinə malik olan bəzi növ sürünənlər kimi. Bu baxımdan, insanda da amputasiya olunmuş ətrafların uzanaraq bərpa edilməsi yaxın gələcəkdə görünün perspektivlərdəndir.
-Yanıqlardan 20 il keçsə belə, dərini bərpa etmək mümkündürmü?
-Neçə il keçsə də, kök hüceyrə nəqli ilə yanıq izlərini aradan qaldırmaq olur.
-İnsanın ən tez sağalan yarası ağzının içindəki yara olur. Çünki tüpürcəkdə olan “inkişaf hormonunun” çoxluğu yaranı tez sağaldır. Bu, kök hüceyrələri ilə eyni şeydirmi?
-Eyni deyil, amma yaxınlığı var. İnsan yaşlaşdıqca onun bədənindəki kök hüceyrələrin sayı azalır. Cərrahın müdaxiləsi ilə kök hüceyrələrini alıb, təkrar canlandırıb dəriyə nəql etdikdən sonra hüceyrə 20 il əvvəlki kimi işləməyə başlayır. Yəni, regenirasiya (bərpası) baş verir. Hüceyrə öz işini orada görür. Hüceyrə alanda miqdarı da nəzərə alınır. İsveçrədən və Almaniyadan alınan aparatlar hüceyrənin dərəcəsini və miqdarını düzgün müəyyənləşdirir.
-Bu müalicə üsulu neçə ildir ki, var?
-Alimlər arasında bu üsul çoxdan bəllidir. Amerikada, İsveçrədə, Yaponiyada bu metodlar tətbiq olunub. 2 il olar ki, bu metoddan Yaponiyada istifadə edilir. Yəni eksperimentlər çoxdan keçirilib, artıq baş tutmuş və təsdiqlənmiş proseduralardır. Heç bir şey kəsilmir, atılmır, sadəcə iynə formasında vurulur. Üz dartılması üçün qulaq dibindən başlayırlar. Çünki bütün proseslər oradan başlayır, iynələr də həmin yerlərə vurulur. Əməliyyatdan çıxdıqdan sonra üzdə şişkinlik olur. Bu da iynələrin yerləridir. Uzağı bir həftəyə, 10 günə sağalır, sonra tamamilə itir. Döşün biri alınıbsa, ora lazımi qədər kök hüceyrə nəql edilir ki, biri digərindən fərqlənməsin. Süd vəzisi balacadırsa, kök nəqli ilə böyütmək, böyükdürsə, onu da həmin metodla kiçiltmək olar. Bu əməliyyatdan sonra da iynələrin yeri qalır və göyərmə olur. 10 gün ərzinə hamısı keçir. Bu yaxınlarda Bayındır Klinikasında bütün dünya alimləri toplanıb Türkiyədə ilk dəfə olaraq süd vəzisini kök hüceyrə nəqli vasitəsi ilə böyüdüblər. Əməliyyat Bayındır Sağlıq Qrupunun baş tibb bacısı üzərində həyata keçirildi. 12 saat keçəndən sonra nəzərə çarpacaq dərəcə dəyişiklik var idi.
-12 saat ərzində süd vəzisi nə qədər böyümüşdü?
-Olduğundan yarım dəfə böyümüşdü.
-Proses nə qədər davam edir?
-Proses 3 aydan, 6 aya qədər davam edir.
-Bu proses nə dərəcədə nəzarət olunandır və inkişaf o səviyyədə gedə bilərmi ki, çox böyüyər?
-Lazım olduğundan artıq böyüməsi mümkün deyil. Çünki onun miqdarı əvvəlcədən müəyyənləşir. Həkim iynə vuranda əvvəlcədən dərmanın miqdarını və dərəcəsini müəyyənləşdirdiyi kimi, hüceyrələrin də miqdarı əvvəlcədən müəyyənləşir.
-Süd vəzisinin nə qədər böyütmək istədiyini əvvəlcədən proqnozlaşdırmaq olur?
-Bəli.
-Proses əksinə gedə bilər?
-Heç bir eksperimentdə və əməliyyatda proses əksinə olmayıb.
-Bəs xəstələr arasında şikayət edən, yaxud razı qalmayan olubmu?
-Süd vəzisinin böyüdülməsi əməliyyatı Türkiyədə ilk dəfə idi ki, edilirdi. Xəstə nəticədən çox razı idi. Xəstənin özü də etiraf edir ki, itiriləsi heç nə olmasa da, risk idi. Əvvəlcə o qədər inandırıcı olmasa da, əməliyyatdan sonra söhbət zamanı çox məmnun qaldığını gördüm. Yaponiyada və Amerikada edilən əməliyyatlardan heç kim şikayətçi olmayıb.
-Ana olduqdan sonra uşağa süd verilməsi mümkündürmü?
-Bəli, mümkündür. Əksinə südün miqdarı artır. Vaxt keçdikcə biz qocalırıq. Kök hüceyrə nəqli isə onu cavanlaşdırır, illərimizi qaytarır.
-Əks göstəriciləri nədir?
-Əks göstəricilər yoxdur. Hətta şəkərli diabet xəstələrinə də bu əməliyyatı etmək mümkündür.
-Yaş həddi var?
-Yaş həddi də yoxdur.
-Xəstəyə narkoz verilirmi?
-Xəstəyə yüngül dərəcədə narkoz verilir və piy alınır. Kök hüceyrələr liposaksiya yolu ilə ən çox topuq və bud hissədən alınır. Sonra onlar aparatdan keçir, ən sağlamları seçilib vurulur. Ayılanda isə hər şey bitmiş olur.
-İynələr dərinin altına vurulur, ya sümüyün üstünə?
-İynələrin hamısı əzələnin altına vurulur çünki proses əzələnin altında gedir. Həm də iynəni hara gəldi vurmaq olmaz, bunun üçün xüsusi yerlər seçilir.
-İynələrin ölçüsü nə qədərdir?
-Normal ölçüdə iynələrdir, uzun deyil.
-Bu zaman sifət kökəlir, kollagen ifraz olunur, yoxsa liflər dartılır və bunun hesabına cavanlaşma prosesi baş verir?
-Əməliyyatdan 10 gün sonra üzdə şişkinlik yaranır. Sifəti kökəldib onun hesabına qırışları açmırlar. Hüceyrələrin aktivliyi artır, ölmüş hüceyrələr isə bərpa olunur, kollagen çoxalır. Bundan sonra qırışlar açılır.
-Nə qədər piy alınır, 1 kq olar?
-1 kq-dan az olur. Üzə 400 qr bəs edir. Nəyə istifadə olunduğu da nəzərə alınır.
-Başqasından alıb vurmaq olar?
-Bu işdə donora gərək yoxdur. Qan onkologiyasındakı onurğada ilik köçürməsində də istifadə edilir. Əvvəllər bunun üçün donur axtarırdırlar. İndi sisə insanı öz hüceyrəsi ilə xəstəliyi müalicə etmək mümkündür. Daha donur axtarmırlar.
-Əməliyyat neçə saat davam edir?
-1 saat qədər davam edir. Məsələn, qocalmış əlləri cavanlaşdırmaq 40 dəqiqədən çox vaxt aparmır. Üzdə isə çox və incə işlədikləri üçün vaxt apara bilər. Alınmış süd vəzisinin bərpası zamanı da uzun vaxt tələb olunur.
-Süd vəzisində düyünləri olan adama da bu əməliyyatı etməyə icazə var?
-Təbii ki, süd vəzilərini əməliyyatdan əvvəl yoxlayırlar. Amma xırda kistlər bütün qadınlarda var. Kistin morfologiyasını bilmək lazımdır. Əgər şişin 3-4 aydan sonra bədxassəli şişə çevrilmə ehtimalı varsa, əməliyyat edilmir. Bu problemi həll etməmiş, süd vəzisinin böyüdülməsi əməliyyatını etmək olmaz.
-Bu metod cavanlaşma üsulları arasında plazmoterapiyanı xatırladır. Təxminən oxşardı, insanın qanı alınır, plazma təmizlənərək trombositlərlə birlikdə üzə və ya saç dibinə vurulur.
-Oxşar proses ola bilər, amma burada insanın bütün vücudunu hərəkətə gətirən və tənzimləyən kök hüceyrədən söhbət gedir.
-Bu prosedurun əsas hədəf qrupları hansı xəstələr və plastik cərrahiyyədən istifadə etmək istəyən insanlar ola bilər?
-Üz gəncləşməsi, süd vəzisinin böyüməsi və kiçilməsi, onkologiya nəticəsində alınmış süd vəzisinin protez əvəzi bərpası, üz atrapiyası: ifliclərdən sonra üzün bir hissəsinin işləməməsi, ayaqlarda olan problemlər (qəzadan sonra yaranan problemlər), bədənə görə ayaqlar çox kökdürsə, yaxud əksinə ayaqlar çox nazikdirsə – onların həll olunması, gövdədə olan problemlər (gövdə uzun ya qısadırsa), bütün rekonstruktiv hallar kök hüceyrə ilə idarə oluna bilər. Bəzi sağalmayan dəri yaraları da kök hüceyrə metodu ilə müalicə olunur. Damar genişlənməsi, eyni zamanda şəkərli diabet varsa, onun nəticəsində əmələ gələn yaraları də müalicə etmək mümkündür.
-Psoriazı müalicə etmək mümkündür?
-Dermatoloqlar öz işini görəndən, heç bir dermatoloji problem qalmayandan sonra ordakı ləkələri aradan qaldırmaq mümkündür.
-Zəmanət nə dərəcədədir?
-Həkim xəstəni müayinə etdikdən sonra onu əməliyyata uyğun görürsə, bu artıq həkimin zəmanətidir.
“Bayındır” Sağlıq Qrupunun rekonstruktiv və plastik cərrahı Prof. Dr. Ali Riza Erçöçen 29, 30, 31 iyul MedERA Hospitalda gəbul keçirəcək.
Gəbula düşmək üçün bu nömrələrə zəng edə bilərsiniz.
050 544 30 40, 055 252 78 08 (012) 561 03 03
Ünvan – 8 mkr. Əcəmi Naxçıvani küç. 13 C