Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq”a yeni video və müşaiyətedici mətn göndərib. Mətndə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasova müraciət olunur.
Keçmiş rektor hakimə yazır ki, həbsdə olan polis zabiti Zaur Kazımovun təhdidləri “pərdəarxası adam ogurlugu cinayətlərində iştirakcılığı” ilə bağlıdır.
Elşad Abdullayev yazır ki, təqdim etdiyi videoda Arzu Kazımovun 17 yaşlı oglu, polis zabiti Zaur Kazımovla qardaşı Mahir Abdullayevin geri qaytarılması haqqında söhbət edirlər. Söhbət 21 iyul 2004-cü il tarixində qeydə alınıb. O, vidoyazının prokurorluq və MTN-ə də təqdim olunduğunu əlavə edib.
http://www.youtube.com/watch?v=efbx7t-ZXqE