“Bavariya”nın yeni baş məşqçisi Xosep Qvardiola futbolçusu Tiaqo Alkantranı sillələyib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi ötən gün baş tutan Almaniya Superkuboku uğrunda “Borrussiya”-“Bavariya” matçında hakim futbolçulara su içmək üçün fasilə verdikdə futbolçuya sillə vurub.
Qeyd edək ki. Tiaqo Alkantra “Bavariya”ya bu yay transfer olunub. Futbolçu 2011/12-ci il mövsümündə “Barselona”da Qvardiolanın məşqçiliyi altında oynayıb.
http://www.youtube.com/watch?v=fUbs9HHFCbE