Rusiya prezidentinin Azərbaycana dəniz yolu ilə hərbi gəmidə gələcəyi gözlənilir
Sabah ölkəmizə rəsmi səfərə gələcək Rusiya prezidenti Vladimir Putinin müşayət edəcək nümayəndə heyətinin tərkibi açıqlanıb. Nümayəndə heyətinə Rusiya hökümətinin yüksək rütbəli məmurları daxildir. Rusiya prezidentinin Azərbaycana dəniz yolu ilə hərbi gəmidə gələcəyi gözlənilir.
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuriy Uşakovun sözlərinə görə Rusiya liderinin Azərbaycanda keçiriləcək görüşlərdə 5-6 iki tərəfli sənədin, o cümlədən enerji və nəqliyyat sahəsində sənədlərin imzalanması gözlənilir. Görüşdə oktyabrın 31-də keçiriləcək 3-cü Beynəlxalq Bakı forumuna hazırlıq məsələlərinin də müzakirəsi gözlənilir. Prezidentlərin keçirəcəyi görüşlərdə isə 2 tərəfli münasibətlərlə yanaşı, beynəlxalq və regional münasibətlər, Xəzər dənizinin hüquqi statusu, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də diqqət mərkəzində olacaq. Putini müşayət edəcək nümayəndə heyətinə xarici işlər naziri Serqey Lavrov, müdafiə naziri Serqey Şoyqu, energetika naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, “Rosoboroneksport” un baş direktoru Anatoliy İsyakin, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft” şirkətinin rəhbəri İqor Seçin və “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov daxildir.
Uşakov vurğulayıb ki, avqust sabah Rusiya-Azərbaycan danışıqlarının keçirildiyi zaman Rusiya Federasiyasının “Dağıstan” raket gəmisi və “Volqodonsk” artilleriya gəmisi dostluq səfəri çərçivəsində Bakı limanında olacaq.
http://www.youtube.com/watch?v=dkwisExvBcY