Seva Camalova Rəssamlıq Akademiyasını bitirib. Aparıcılıqdan başqa ev dizaynı ilə maraqlanır. Alış-veriş vurğunudur, bütün gününü isə gözəllik salonlarında keçir.
– Doğrudurmu ki, qadınlar ilk növbədə kişilər üçün deyil, özləri üçün bəzənir?
– Ən çox özüm üçün bəzənib-düzənirəm. Çünki pis görünəndə kefsiz oluram. Əlbəttə ki, kənardan kompliment eşitmək də çox xoş olur.
– Bəzənib-düzənmədən evdən çıxırsınız?
– Evdən çıxırsamsa, saçım mütləq qaydasında olmalıdır. Saç səliqəli olmayanda insan nə qədər bəzənsə də, baxımlı və şarmlı görünmür.
– Dəri və saç gözəlliyini qorumaq üçün nə edirsiniz?
– Bunun üçün salona gedir və kosmetoloqa müraciət edirəm. Hər gün yatmazdan əvvəl ən azı 2 saat müxtəlif prosedurlar edirəm.
– “Özünə bax” verilişini aparmaq zövqünüzdə hansısa dəyişikliyə səbəb oldumu?
– Dəyişiklik olmadı. Sadəcə dəblə bağlı bilmədiyim xırdalıqları öyrəndim.
– Ümumiyyətlə, inanırsınızmı ki, apardığınız veriliş Azərbaycan qadınlarının zövqünə təsir edə bilsin?
– Əminəm ki, bu veriliş xanımlarımızı düzgün geyinmək haqqında məlumatlandırdı. Bu fərqi həm iştirakçılarımızda, həm də verilişimizi izləyən xanımlarda görmək olurdu.
– Azərbaycan qadınını ən çox nə zövqsüz göstərir? Yəni, geyimdə ən çox hansı xətaları edirdilər?
– Bizim qadınların əksəriyyəti bədən ölçülərinə yaraşmayan və yaşlarına uyğun olmayan geyimlər geyinirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan qadınları çox gözəldir.
– Hansı üslubda geyinməyi xoşlayırsınız?
– Qarderobunda qısa geyimlər daha çoxdur.
– Bəs sevdiyiniz insan bu geyimlərə qadağa qoysa, razılaşarsınız?
– Mən onu sevsəm, əlbəttə hə.
– Açıq-saçıq geyimlər qadını kişinin gözündən salırmı?
– İlk növbədə açıq-saçıqlığın da həddi olmalıdır. Məncə, gözdən salmamalıdır. Çünki hərənin öz geyim tərzi var və həmin xanıma yaraşırsa, niyə gözdən salsın ki?
– Xəyalınızdakı kişi obarazı necədir?
– Ağıllı, əliaçıq, ciddi biri olmalıdır.
– Bəs xarici görünüşü?
– Xarici gözəlliyi olmasa da, olar. Kişiyə gözəllik verən onun yaxşı əməlləridir.
– Sevgiliniz sizi daha istəməsə, nə edərsiniz?
– İndiyə qədər sevməmişəm, ona görə bu baradə heç nə deyə bilmərəm.
– Belə cazibədar xanımın indiyə qədər sevməməsi inandırıcı deyil axı…
– Məni sevməsələr, inandırıcı olmazdı, axı mən cazibədaram. Sevə biləcəyim insan hələ ki, rastıma çıxmayıb.
– Sevgisiz necə yaşayırsınız, tək qalmaq sizi qorxutmur?
– Yox, ümid edirəm ki, tezliklə son qoyacam.
– Namizəd var?
– Yox.
– Sevgi, yoxsa pul xoşbəxtlik gətirir?
– Hər ikisi olsa, daha yaxşı olar.
– Məşhur qadınlar özündən çox kiçik kişilərlə sevgili olur. Sizcə, sevgidə yaşın fərqi var və nə dərəcədə önəmlidir?
– Məncə, fərqi yoxdur.
– Kişini əldə etmək üçün nə edərsiniz, onu nə ilə cəzb edərsiniz?
– Bunu deyə bilmərəm. Amma xoşuma gəlsə, yanımda olması üçün çox şey edərəm və əminəm ki, onu əldə edə bilərəm. Çünki istədiyim hər şeyə gec-tez nail oluram.
– Bəyəndiyiniz kişiyə ilk olaraq sevginizi etiraf etməyə cəsarətiniz çatar?
– Belə bir şey olmayıb, amma məncə cəsarətim çatar.
– Qadınların çoxu gözəlliyindən məşhur olmaq üçün istifadə edir. Məsələn, açıq-saçıq şəkillərlə gündəmə gəlir. Buna necə baxırsınız?
– Belə bir şey etmirəm, amma pis baxmıram.
– Kişi üçün qadının keçmişi çox önəmli olmalıdır?
– Sevirsə, yox.
publika.az
foto:NURON