1975-ci ildə Əbülfəz Elçibəyin məhkəməsində dövlət ittihamçısı qismində çıxış etmiş 90 yaşlı prokuror, general Yamən Yusifov dünyasını dəyişib.
Baş prokurorun keçmiş müavini, İstintaq İdarəsinin sabiq rəisi, istefada olan general-mayor Yamən Yusifov bir müddət öncə Modern.az saytına müsahibəsində Azərbaycan tarixində iz qoymuş məşhur hadisələrdən danışmış və onun müsahibəsi ölkə mətbuatında çox ciddi rezonansa səbəb olmuşdu. Sabiq prokuror Sovet Azərbaycanının ən səs-küylü proseslərindən birinin – milli azadlıq hərəkatının liderlərindən olmuş Elçibəyin mühakiməsinin pərdəarxası məqamlarına aydınlıq gətirmişdi.
Məhz bu müsahibədən sonra ölkə mediası maraqlı bir sənədi üzə çıxardı. Əbülfəz Elçibəyin 17 il əvvəl məhz Yamən Yusifova yazdığı məktub mətbuatda dərc olundu.
Allah rəhmət eləsin.