Honkonq universitetində çalışan somnologiya sahəsi üzrə mütəxəssislər aşkar ediblər ki, insanın hansı pozada yatması onun yuxularının mövzusuna təsir göstərir.
Rusiya mətbuatının xəbərinə görə, insan adətən ya qorxulu, ya da erotik yuxular görür. Mütəxəssislər 670 nəfərin iştirakı ilə sorğu keçiriblər, respondentlər necə yuxular gördüklərini və adətən hansı pozada yatdıqlarını açıqlayıblar. Məlum olub ki, qarnı üstə yatan adamlar adətən qorxulu yuxular görürlər. Bu poza həmçinin erotik yuxulara da səbəb olur.
Alimlər buna səbəb kimi, qarnı üstə yatan adamların çətin nəfəs aldıqlarını misal gətiriblər. Bu period ərzində beyində ya qorxulu, ya da erotik şəkillər əmələ gəlməyə başlayır.
Bununla belə, mütəxəssislər aydınlaşdırıblar ki, insan yuxularının