Təxribatın qarşısını almaq üçün azərbaycanlı internet istifadəçilərinin köməyi tələb olunur.
Ermənilər “Youtube”da Ramil Səfərovu təhqir edən video yerləşdiriblər.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, “Youtube”da qeyri-ənənəvi seksual oriyentasiyalı (“qoluboy”) Azisin klipini yerləşdirən ermənilər onu “Azərbaycanın qəhrəmanı” Ramil Səfərov adlandırıblar.
Azisin bu adla təqdim olunan klipi sosial şəbəkə istifadəçiləri arasında böyük narazılığa səbəb olmasına baxmayaraq, videonun müəllifi olan erməni azərbaycanlıların yazdıqları şərhləri silir.
Bütün bunlara əlavə olaraq, bu videoçarx ermənilər tərəfindən populyarlaşdırılır, bununla da, Ramil Səfərov haqqında video axtaranları çaşdırmaq məqsədi daşıyır.
Bütün istifadəçilərdən Ramil Səfərov haqqında bu təhqiramiz videonu silmək üçün “Youtube”a şikayət etməyi xahiş edirik.
http://youtu.be/bzXpi1CH-lU