Bu gün Miili Şuranın sesiyasında səsvermə ilə vahid namizəd seçilən professor Cəmil Həsənlinin bioqrafiyasını təqdim edirik.
Həsənli Cəmil Poladxan oğlu 1952-ci il yanvarın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür.
10 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1975-ci ildən Cəlilabad rayonunun Təzəkənd orta məktəbində müəllim işləmişdir.
1994-cü ildən Bakı Dövlət Universitetinin professorudur. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005-ci il noyabrın 6-da 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputat seçilmişdir.
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür.
Azərbaycan-Belçika, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Meksika, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Təhsili
1998: Cənubi İllinoys Universitetinin (Carbondale, ABŞ) Yay İnstitutu
1993: Müasir tarix professoru
1992: Tarix elmləri doktoru
1983-84: Moskva Dövlət Universitetində ixtisaslaşma kursu (gedişi)
1984: Bakı Dövlət Universiteti, tarix elmləri namizədi.
1977-80: Bakı Dövlət Universiteti, aspirant tələbə
1970-75: Bakı Dövlət Universiteti, tarix müəllimi diplomu
İş təcrübəsi
2000-dən bəri: Azərbaycan Respublikasının Milli Məclisinin (parlament) üzvü
1994-dən bəri: Bakı Dövlət Universitetində (BDU) professor
1993: Azərbaycan Respublikasının Prezidentinin müşaviri
1992-93: Avropa və Amerika ölkələri Müasir Tarixi Şöbəsinin sədri, BDU
1985-92: Bakı Dövlət Universitetində köməkçi professor
1980-85: Bakı Dövlət Universitetində tarix təlimatçısı
Tədqiqat sahəsi[
Cəmil Həsənlinin “Ağ ləkələrin qara kölgəsi” adlı kitabı istər 1918-1920-ci illərin, istərsə də Azərbaycan tarixinin 20-30-cu illərinin bir sıra problemlərinin öyrənilməsi baxımından yeni söz idi. İstər bu əsər, istərsə də Azərbaycan Respublikasının 1918-1920-ci illərdəki xarici siyasətinin araşdırılması ilə bağlı monoqrafiya bütövlüklə yeni açılmış arxiv sənədləri əsasında yazılmışdı. 1993-cü ildə nəşr olunmuş “Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920” əsəri bu gün tarixşünaslığımız üçün öz elmi əhəmiyyətini saxlamışdır. Ötən əsrin axırlarından başlayaraq prof. C.Həsənli elmi və siyasi baxımdan müstəsna əhəmiyyətə malik olan Güney Azərbaycan problemləri üzərində işləməkdədir. İkinci Dünya Müharibəsi və Müharibədən sonrakı illərdə böyük güclərin Güney Azərbaycanda qarşı-qarşıya gəlməsi 50 il dünyanı səksəkədə saxlayan “Soyuq müharibə”nin məhz Güney Azərbaycandan başlanması barədə müəllifin konsepsiyası təkcə Azərbaycan elmində deyil, dünya tarixşünaslığında yeni hadisə sayıla bilər. Bu mövzu ilə bağlı C.Həsənlinin son illərdə nəşr olunmuş monoqrafiyaları tarix elminin inkişafında böyük hadisə oldu. Müəllifin Güney Azərbaycandakı hadisələri, xüsusilə “21 Azər” hərəkatını “Soyuq müharibə” fonunda təqdim etməsi ona olan beynəlxalq marağı müstəsna dərəcədə artırdı. Bu marağın nəticəsi olaraq prof. C.Həsənlinin Güney Azərbaycanla bağlı elmi monoqrafiyası 2005-ci ildə İstanbulda türkcə, 2006-cı ildə ABŞ-ın Harvard universitetində ingiliscə və Moskvada rusca nəşr olundu. C.Həsənlinin elmimiz üçün xüsusi əhəmiyyət daşıyan üçüncü araşdırması müharibə və müharibədən sonrakı illərdə Sovet-Türkiyə münasibətləri haqqındadır. Müəllif Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ arxivlərindən topladığı yeni açıqlanan sənədlər əsasında maraqlı, iri həcmli monoqrafiya hazırlamışdır. Professor Həsənlinin dərc olunan “Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959)” adlı kitabı daha bir həqiqəti ortaya qoydu ki, Sovet cəmiyyətinin bir görünən, bər də görünməyən tarixi var idi.
Kitabları
Ağ ləkələrin qara kölgəsi. 1920-1930-cu illərdə Azərbaycanda Sovet totalitarizmi. Bakı, 1991.
Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918-1920. Bakı, 1993
Azərbaycan tarixi (həmmüəllif). Bakı, 1995
Azərbaycan Respublikası. Türkiyə yardımından Rusiya işqalına qədər. 1918-1920. Ankara, 1998 (Türk dilində).
Güney Azərbaycan: Tehran, Bakı, Moskva arasında (1939-1945). Bakı, 1998.
Tarix. Keçmişdən gələcəyə. Bakı, 1998.
Soyuq müharibənin başlandığı yer: Güney Azərbaycan 1945-1946. Bakı, 1999.
Güney Azərbaycan. Sovet, Amerikan və İngiltərə qarşıdurması. 1941-1946. Bakı, 2001.
Cənubi Azərbaycan: Soyuq müharibənin başlanması. Bakı, 2003. (Rus dilində).
SSRİ- Turkiyə: Soyuq müharibənin sınaq meydanı. Bakı: “Adiloğlu”, 2005.
Soyuq müharibənin ilk konfrontasiyası: İran Azərbaicanı. Istanbul, 2005 (Türk dilində).
Soyuq müharibənin başlanması: İran Azərbaycanında Sovet-Amerikan böhranı, 1941-1946. Nyu-York, 2006. (ingilis dilində).
SSRİ-Iran: Azərbaycan böhranı və Soyuq müharibənin başlanması. Moskva, 2006 (Rus dilində).
SSRİ-Turkiyə: Neytrallıqdan Soyuq müharibəyə qədər Moskva, 2008 (Rus dilində).
Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar. 1954-1959. Bakı, 2008.[1]
Kurslarda dərs dediyi bölmələr
Avropa və Amerika ölkələrinin müasir tarixi
Beynəlxalq Münasibətlər tarixi
Soyuq Müharibə və İran Azərbaycanı tarixi
Seçilmiş əsərləri[redaktə]
Cənubi Azərbaycan: Soyuq müharibənin başlanması. Bakı, 2003. (Rus dilində)
SSRİ- Turkiyə: Soyuq müharibənin sınaq meydanı. Bakı, 2005 (Azərbaycan və Rus dillərində)
Soyuq müharibənin ilk konfrontasiyası: İran Azərbaicanı. Istanbul, 2005 (Türk dilində).
Soyuq müharibənin başlanması: İran Azərbaycanında Sovet-Amerikan böhranı, 1941-1946. Nyu-York, 2006. (ingilis dilində)
SSRİ-Iran: Azərbaycan böhranı və Soyuq müharibənin başlanması. Moskva, 2006 (Rus dilində)
SSRİ-Turkiyə: Neytrallıqdan Soyuq müharibəyə qədər Moskva, 2008 (Rus dilində)
Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar. 1954-1959. Bakı, 2008
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
2008: Praqa baharı: 1968. Beynəlxalq konfrans (Vyana-Graz, Avstriya)
2007: Atatürk Araşdırma Mərkəzinin beynəlxalq konfransı;
2006: Türk Tarix Qurumunun beynəlxalq konfransı;
2005: Atatürk Araşdırma Mərkəzinin beynəlxalq konfransı;
2004: Mərkəzi Avrasiya Tədqiqatları Mərkəzinin İllik Konfransı (İndiana universiteti, Bluminqton, İndiana);
2004: Beynəlxalq Atatürk Simpoziumu (Ankara, Türkiyə);
2003: Beynəlxalq Simpozium (Sivas, Türkiyə);
2002: Beynəlxalq Simpozium (Ərzurum, Türkiyə);
2002: Beynəlxalq Simpozium (Sivas, Türkiyə);
2002: “Cənubi Qafqaz və Soyuq Müharibə” üzrə beynəlxalq Seminar;
2001: Şimali Amerikanın Yaxın Şərq Tədqiqatları Assosiasiyası (San Fransisko, ABŞ);
2000: Soyuq Müharibə və Cənubi Qafqaz Respublikaları (Tbilisi, Gürcüstan (Corciya)) haqqında beynəlxalq Seminar;
2000: Şimali Amerikanın Yaxın Şərq Tədqiqatları (Orlando, ABŞ) Assosiasiyası;
1999: Şimali Amerikanın Yaxın Şərq Tədqiqatları Assosiasiyası (Vaşinqton, Kolumbiya dairəsi, ABŞ);
1999: İran və Böyük Dövlətlər (Tehran, İran);
1998: Şimali Amerikanın Yaxın Şərq Tədqiqatları Assosiasiyası (Çikaqo, ABŞ);
1997: Beynəlxalq Simpozium (Kayseri, Türkiyə).
Üzvü olduğu cəmiyyət və təşkilatlar
1998: Yaxın Şərq Tədqiqatları Assosiasiyası (ABŞ);
1999: Redaksiya İdarə Heyəti Üzvü, “Azərbaycan Araşdırmaları Jurnalı” (“Journal of Azerbaijani Studies”), redaktoru Hamlet İsaxanlı; Xəzər Universitəsi Nəşriyyatı, Bakı, Azərbaycan);
2002: Mərkəzi Avrasiya Tədqiqat Cəmiyyəti (ABŞ);
2005: Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya üzvü.