<p”>Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Dəməşq yaxınlığındakı Şərqi Quta şəhərinə kimyəvi hücum əmrini Bəşər Əsədin kiçik qarşı Mahir Əsəd verib. Bu xəbəri Qərb mətbuatına BMT-dəki adı çəkilməyən mənbə verib. Ötən həftə bütün dünyanın diqqətini özünə cəlb edən kimyəvi hücum nəticəsində Dəməşq yaxınlığında 600 nəfər dünyasını dəyişib. Suriya müxalifətçiləri isə həlak olanların sayının 1300 nəfərdən çox olduğunu bildirir. Bu arada Amerikanın “Cable” internet bloqu Suriya Müdafiə Nazirliyinin rəsmisi ilə kimyəvi qoşunların komandirlərindən birinin telefon danışığını ələ keçirib. Telefon danışığı zamanı nazirlik nümayəndəsi kimyəvi hücumla bağlı izahat tələb edir.
<p” style=”color: rgb(0, 0, 0); font-family: tahoma; font-size: 12px; line-height: normal;”>Mahir Əsəd Suriya Respublika qvardiyasının rəhbəridir. Eyni zamanda ordunun ən döyüşkən hərbi birləşməsi olan 4-cü tank diviziyasına nəzarət edir. Məhz bu diviziyanın 155-ci briqadası kimyəvi hücuma görə məsuliyyət daşıyır. Böyük ehtimalla Mahir Əsəd kimyəvi hücum haqqında göstərişi qardaşından xəbərsiz atıb. Bununla belə ekspertlərin fikrincə, Bəşər Əsədin qardaşının bu işdə əli olması müttəfiqləri Suriyaya daha inamla hücum etməyə sövq edəcək. Əsas hədəflərdən birinin məhz Mahir Əsədin başçılıq etdiyi Respublika Qvardiyası olacağı şübhəsizdir. <p”> <p”>