Bəzən ağzımızdan çıxan ifadələr uşağın özünə olan hörmətini və inamı azaldır.
Valideynlər uşaqlarla danışarkən bu ifadələrə diqqət etməlidir. ABŞ-da aparılan araşdrmada uşaqların analarından eişitmək istmədəiyi sözlıri bir yerə yığmışıq.
“Sənin yerinə qara daş doğardım” – Bu cümlənin pis olduğunu və deyilməyəcək söz olduğunu hamı bilir. Bəzən isə pis olduğunu bildiyimiz sözləri deməkdən çəkinmirik. İmtina edə bilmədiyimiz sözlər uşağın özünə olan güvən və sayğısını itirməyə yol açır.
“İşim var” – Ciddi işlə məşğul olarkən uşaq sizin diqqətinizi dağıda bilər. Amma onun ehtiyaclarını görməzdən gəlmək özünü dəyərsiz hiss etməsinə səbəb olur. Böyüdükdə isə ən vacib şeyləri sizə danışmamağa qərar verəcək. “İşim var, məşğulam” demək yerinə, işiniz bitdikdən sonra onunla sevə-sevə məşğul olacağınızı deyin.
“Mən sənə demişdim” – Bu söz anaların tez-tez işlətdiyi ifadələrdən biridir. Analar hər zaman uşağı üçün ən yaxşının nə olduğunu düşünür. Amma uşağın hər xətasında “Mən bilirdim ki, belə olacaq” və.s demək yerinə, fikirlərinizi uşağın inamını zədələməyəcək formada deyin.
“Axşam atandan soruşarsan” – Uşağa qarşı yaxşı və pis polis rolu oynamağa çalışmayın. Çünki atalar evdə həmişə pis tərəf olur. Bu halda ana da yavaş-yavaş öz rolunu zəiflədir. Uşağınız hər hansı mövzu haqqında sizin fikrinizi öyrənmək istəyirsə, “Atan axşam evə gələndə birlikdə qərar verərik” söyləyin. Özünüzü yaxşı, atanı isə pis qələmə verməyin.
“Çünki mən belə istəyirəm” – Heç kim sizdən fikrinizi dəyişdirməyi tələb edə bilməz, amma verdiyiniz qərarın səbibini açıqlamağa borclusunuz. Bu uşağın sizin seçimizini mübahisəyə çevirməsi üçün dəvət deyil, amma ən azından onun özünə olan hörmətin azalmaması üçün kiçik açıqlama verməyə məcbursunuz.
“Bunu niyə” – Sizi təəccübləndirən bir iş gördükdə, ondan davranışını analiz etməsini gözləmək özünə olan inamın azalmasına yol aça bilər. Bunun əvəzinə etdiyi işi görrkən nə hiss etdiyini soruşun və rəy verməyin.