Suriyada vəziyyət avqustun 21-də “böhranlı” mərhələyə keçib.
Türkiyə çərşənbə günü öz Silahlı Qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib və türk vətəndaşlarının maraqlarının qorumaq üçün istənilən tədbirləri görməyə hazırdır.
Oxu.Az “Novosti-Azerbaydjan”a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin rəhbəri Əhməd Davudoğlu bildirib.
Bundan əvvəl Suriyadan mümkün aviazərbələr gözləyən İraq öz təhlükəsizlik qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib.
Suriyada vəziyyət avqustun 21-də “böhranlı” mərhələyə keçib. Həmin gün hökumət qoşunlarının kimyəvi silah tətbiq etmələri barədə məlumatlar yayılıb. Müxalifət 1,3 min nəfərin həlak olduğu, bir neçə min insanın xəsarət aldığını bəyan edir.
Qərb ölkələri, o cümlədən ABŞ və Böyük Britaniya bu təsdiqlənməmiş məlumatdan Suriyaya BMT-nin icazəsi olmadan mümkün hərbi müdaxilə barədə açıq şəkildə danışmaq üçün istifadə etdilər.