Bu gün Azərbaycan tanınmış teatr və kino aktyoru, xalq artisti Siyavuş Aslanın doğum günüdür.
“Qafqazinfo” xəbər verir ki, Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub.
Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub.
Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996). Görkəmli aktyor televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü olub.
Ağır xəstə olan və bu il iyunun 25-də “Şərəf” ordeni ilə təltif edilən aktyor iki gün sonra – iyunun 27-də Bakıda vəfat edib.