Suriya sərhəddinə yaxın sahilyani ərazilərdə də təhlükəsizlik tədbirləri gücləndirilib
Türkiyə Suriya ilə sərhəddə hərbi hissə qurur. ANS PRESS-in Türkiyə mətbautına istinadla verdiyi məlumata görə, hərbi hissə Hatayda, Suriyanın Lazkiyə şəhəri ilə üzbəüz olan Keldağının zirvəsində qurulur. İki gün ərzində adıçəkilən əraziyə hərbi avadanlıqlar gətirilib. Suriya sərhəddinə yaxın yerdə dənizdə də təhlükəsizlik tədbirləri gücləndirilib. Belə ki, sahilyani ərazilərə kiçik ölçülü hərbi gəmilər yerləşdirilib.
Şanlıurfanın Suriya sərhəddindəki Suruç bölgəsinədə zirehli texnika və şəxsi heyət daşınması davam edir.