“Mən nələrin baş verə biləcəyini deyə biləcək münəccim deyiləm”
“Hər şeyi gözləməlisiniz”. Suriya lideri Bəşər Əsəd CBS kanalının əməkdaşı, amerikalı jurnalist Carli Rosa müsahibə verib. ANS PRESS-in məlumatına görə, reportajın bir qismi bu axşam ekranlarda nümayiş ediləcək. Lakin müsahibənin bir qismi bu gün yayılıb.
Uzun müddət sonra Amerika kanalına müsahibə verən Əsəd kimyəvi silahdan istifadə iddialarını tamamilə təkzib edib. “Əlinizdə heç bir sübut olmamış bu barədə necə olmuş kimi danışa bilərsiz. Hökumətin kimyəvi silahdan istifadə edildiyi deyilən bölgədən sadəcə video, foto və ittihamlar var. Orada biz olmamışıq. Hər şeyi, ən pisini gözləməliyik.
Bu bölgədəki tək oyunçu hökumətimiz deyil. Burada fərqli partiyalar,qruplar,ideologiyalar var”.
Jurnalistin “hər şey dediyiniz də, daha çox kimyəvi silahdan istifadə anlaşıla bilərmi?” sualına isə belə cavab verib. “Əgər bölgədəki terrorçu, üsyançı və ya başqa qrupların əlində bu silah varsa ola bilər. Bunu mən bilmirəm. Mən nələrin baş verə biləcəyini deyə biləcək münəccim deyiləm”.
Suriya lideri kimyəvi və nüvə silahı kimi hər cür kütləvi qırğın silahına qarşı olduğunu, ABŞ-ın ölkəsinə hərbi müdaxiləsi olacağı təqdirdə bunun nəticələrinin olacağını deyib. “Bu nəticələr birbaşa və ya dolayısı yolla,fərqli çəkildə reallaşdırıla bilər.
“Heç peşman olmusunuz?” sualına isə cavabında Əsəd “əlbətdə” deyə cavab verib