Ekspertlər Obamanın Suriya ilə bağlı strategiyasının hələ lap əvvəldən “Kifayət qədər çaşdırıcı” olduğunu hesab edir
Suriyaya hərbi müdaxilə ilə bağlı qeyri-müəyyənlik davam etdiyi bir vaxtda, ABŞ prezidenti Barak Obama “Ağ Ev” dəki oval kabinetindən, məsələ ilə bağlı Amerika xalqına müraciət etməyə hazırlaşır. Sabahkı nitqində “Eğ Ev” rəhbərinin Amerika xalqına hökümətin Suriya ilə bağlı mövqeyini və gələcək planlarını açıqlayacağı gözlənilir. Ekspertlər Obamanın Suriya ilə bağlı strategiyasının hələ lap əvvəldən “Kifayət qədər çaşdırıcı” olduğunu hesab edir.
Daha ətraflı isə, ANS-in Vaşinqton bürosundan Sevinc Osmanqızı danışıb.
Sevinc Osmanqızı: “Bu çıxışın məqsədi ABŞ konqressi və ictimaiyyətinin Suriyaya qarşı hava zərbələrinə inandırmaqdır. İlk dəfədir ki, Amerika xarici suverən ölkə ərazisində BMT-nin qətnaməsi NATO-nun çoxtərəfli müqaviləsi və ABŞ-ın əsas müttəfiqlərinin iştirakı olmadan həyata keçirə bilər. Doğurdan da dünən Adminstrasiyyanın dediyinə görə Səudiyyə Ərəbistanı Suriyanı bombalanmasında ABŞ-a yardım edəcəyini vəd edib”.
http://youtu.be/WnuGB22O4H8