Rəsmi Dəməşq Rusiya prezidenti Vladimir Putinin kimyəvi silahların təhvil verilməsinə dair təklifini qəbul edib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Vəlid-əl-Muallim açıqlama verib.
Nazir kimyəvi silahların beynəlxalq nəzarətə alınmasını ABŞ-ın Suriyaya elan etdiyi müharibənin qarşısını almaq məqsədi ilə qəbul etdiklərini deyib.