Araşdırmalara görə, yoqa insanın cinsi enerjisini yüksəldir və onu normal cinsi həyata istiqamətləndirir.
Türkiyə mətbuatının məlumatına görə, Boluda məhz bunu əsas götürən 400 nəfər meşəlikdə yoqa ilə məşğul olub. Tanınmış mütəxəssis Akif Manafın rəhbərliyi ilə keçən yoqa təliminin bir çox məşhurları məhz bu səbəbdən özünə cəlb etdiyi açıqlanıb.
Akif Manafın cinsi həyatdan bəhs edən sayca 27-ci kitabı da artıq satışa çıxarılıb. Mütəxəssisin sözlərinə görə, yoqa insanın cinsi enerjisini yüksəldir və həyatı daha düzənli edir.
Yoqadan bəhs etdiyi “Cinsəllik nədir” adlı kitabında müəllif yoqa ilə məşğul olan şəxslərin bu sarıdan həyatında ciddi problem olmadığını bildirib. Buna görə də normal cinsi həyat üçün yoqayla məşğul olmağı məsləhət görən mütəxəssis bir çox məşhurların da yoqaya maraq göstərdiyini vurğulayıb.
http://youtu.be/bscemAUpSA4