“Məni hava limanına otelin baş direktorunun şəxsən özü ötürüb”
Ajda Pekkan dəvət aldığı azərbaycanlı iş adamı, “Mardan Palace”in sahibi Telman İsmayılovun həyat yoldaşının ad günü tədbirindən qovulması xəbərinə reaksiya verib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni partidən qovulması xəbərinin yalan olduğunu bildirib:
“Tədbirə bir proqram hazırlamaq üçün getmədim. Sadəcə 3 mahnı ifa etdim. Telman bəyin orkestranın ifasını dayandıraraq məni səhnədən endirməsi kimi xəbərlər yalandır”.
Super star onu da əlavə edib ki, onu hava limanına otelin baş direktoru şəxsən özü ötürüb.
Xatırldaq ki, dünən Türkiyə mediası Telman İsmayılovun superstara həyat yoldaşı Samirənin ad günündə ifa etməsi üçün 300 min lirə ödədiyi, lakin onun performansını bəyənmədiyi üçün səhnədən qovması xəbəri yayılmışdı.