Bu gün – 18 sentyabr tarixi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günüdür. 1885-ci ildə anadan olmuş dahi bəstəkarın şərəfinə 18 sentyabr tarixi Azərbaycanda Musiqi günü kimi qeyd olunur.
Şərqdə ilk operanın müəllifi olan Üzeyir bəyin anımı təkcə vətəndə yox, demək olar ki, bütün dünyada xatırlanır. Dünyanın ən böyük axtarış sistemi olan google.com saytı bu günə -18 sentyabr tarixinə ithaf əlaməti olaraq öz reklam loqosunda Azərbaycan – Şərq musiqisini, həyat tərzini əks etdirən fotolar yerləşdirib.
Qeyd edək ki, Azərbaycan Şərq mədəniyyətinin təsvir olunduğu bu loqoda Üzeyir bəyin əsərlərindən də element var.
modern.az