O, heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə, ordenə layiq görülüb
Azərbaycan Prezidenti İlham Əliyev Fuad Məmmədəmin oğlu Salayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Fuad Salayev “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, Fuad Salayev Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Surikov adına Moskva Dövlət İnstitutunu bitirib. Uzun illər bir çox ümumittifaq sərgilərində iştirak edib, Rusiya İncəsənət Akademiyası ilə çox sayda yaradıcılıq layihələri olub.
Salayevin ilk böyük əsəri Sergey Yeseninin abidəsi olub. Maraqlıdır ki, Rusiyada həmin vaxt hələ şairin abidəsi qoyulmamışdı.
Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının prorektorudur. Xalq rəssamı, professor Fuad Salayev həm də Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki adı verilib.