Nissan-ın bestselleri Tam Yeni Nissan Tiida 2013 təqdim edildi. Tədbir KİV nümayəndələrinin , dəvət olunmuş xüsusi qonaqların iştirakı ilə baş tutdu. Qonaqlara avtomobil haqqında geniş məlumat verildikdən sonra avtomobil mediaya təqdim olundu. Tam Yeni Nissan Tiida öz yenilikləri və xüsusiyyətləri ilə qonaqların diqqətini çəkməyi bacardı.
Tam Yeni Nissan Tiida hetçbek hamar üslubu, sinfində lider yanacaq qənaəti, seqmentində birinci olan interyer sahəsi , əlavə texnologiyası və daha bahalı avtomobillərdən gözlənilən xüsusiyyətlər ilə təchiz edilib.
Tam yenilənmiş aerodinamik gövdə forması təkminlik ilə geniş və möhtəşəm duruş, elektrik güzgü və 17 dyümlü tökmə disklərlə tamamlanmış idman effektini birləşdirir. Daxildə hamar və müasir salon sürücünü və sərnişinləri yüksək keyfiyyətli materiallar və dəbdəbəli həyat tərzinə uyğun xoş dizayn ilə qarşılayır.
5 qapılı hetçbek Tam Yeni Nissan Tiida 2013 iki mühərrik ilə beş yaxşı təchiz edilmiş komplektasiya seçimi verir. Standart 60/40 əyilən oturacaqlar, iki ön təhlükəsizlik yastıqları, ABS(Əyləcin Bloklanması Əleyhinə Sistem ), EBD(Tormoz Gücünün Elektron Paylaşdırılması), BA(Yardımçı Əyləc), yeni nəsil Xtronic CVT (pilləsiz transmissiya) və açarsız giriş ilə 1.6 litrlik S komplektasiyasından başlayaraq dəri oturacaqlı, 6 təhlüksəzilik yastıqları və elektrikli idarəli lyük ilə 1.8 litrlik SL PLUS komplektasiyasına kimi qalxır. Mövcud xüsusiyyətə peyk naviqator, 5.8 QVGA rəngli monitor və arxa görüntülü kamera və İ-pod qoşulma daxildir.
Tam Yeni Nissan Tiida modelində mövcud olan cəlbedici multimedia paketi özündə kənardan mühərrikin işə salınması , Bluetooth , Hand-free Phone sistem və USB vasitəsi ilə İpod və ya MP3 player çıxışı, 5.8 rəngli sensorlu monitor, naviqasiya , arxa görüntülü kamera , klimat nəzarət ilə avto və arxa AC ventilyasiya sistemini özündə cəmləşdirir.
İndi siz əvəzolunmaz Yam yenilənmiş Nissan Tiida 2013 modelini 15 800 manatdan başlayan qiymətlərlə Nissan satış salonlarından əldə edə bilrsiniz. Avtomobilə 5 il və ya 155 000 km zəmanət verilir.