Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
Siyasət Nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Əfqanıstanın xarici işlər naziri Zalmai Rəsul ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Əfqanıstan xarici işlər naziri iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək Azərbaycana səfər etmiş yüksək səviyyəli əfqan nümayəndə heyətinin üzvləri ilə görüşdüyünü xatırlatıb və Azərbaycan hökuməti tərəfindən göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib.
Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli sənədlərin imzalanması barəsində razılıq əldə olunub.