Cavad Zərif ABŞın ABC kanalına eksklüziv müsahibə verib.
Siyasət İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın ABC kanalında “Ziz Uik” verlişinə qatılaraq, ABŞ-İran münasibətləri və bır sıra gündəmdə olan məsələləri müzakirə edib. İranlı ali diplomat nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlara açıq olduğunu xatırladıb. Habelə Zərif bunun üçün Vaşinqtonun İranda adi vətəndaşların həyatına təsir edən qanunsuz sanksiyaları ləğv etməli olduğunu vurğulayıb. İranlı nazir tarixa vararaq, ABŞ-ın ölkəsinə qarşı əvvəllər göstərdiyi mənfi münasibəti unutmadığını dilə gətirib.
“Biz hələ o faktı unutmamışıq ki, bir vaxtlar İraq İrana qarşı kimyəvi silah tətbiq edəndə ABŞ İraqı pisləmək əvəzinə, yoldan çıxararaq kimyəvi hücuma görə bizi ittiham etdi. Demək istədiyim odur ki, bu kimi tarixi faktlar, hələ ki, İran vətəndaşlarının yaddaşlarından silinməyib. Prezident Mandela demişkən, bağışlaya bilərik ancaq unudan deyilik”
Zərif İrannın nüvə proqramının hərbi məqsəd güdmədiyinə əmin edərək, nüvə silahı yaratmaq niyyətinin olmadığını dilə gətirib. O Tehranın İranın uran zənginləşdirmə proqramının müxtəlif aspetklərini müzakirə etməyə hazır olduğunu deyib, habelə əlavə edib ki, İranın uranı zəngilləşdirmə hüququ qeyd-şərtsizdir. Zərif həmçinin İranın BMT ekspertlərini təftişlər üçün nüvə obyektlərinə buraxmağa qətiyyətli olduğunu bildirib. Qeyd edək ki, xarici işlər nazirinin Ey-Bİ –Si kanalına müsahibəsi, uzun illərin gərginliklərindən sonra qəfildən ABŞ və İran münasibətlərində buzların əriməsininin, o cümlədən son 30 ildə ilk dəfə olaraq ABŞ və İran prezidentləri arasında telefon danışığının ardınca gəlib.