“SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz bildirib ki, TANAP layihəsi Azərbaycan və Türkiyə üçün strateji qərarlardan biridir və bu layihə Azərbaycan qazının Avropaya tədarükü üçün xüsusi əhəmiyyət kəsb edir.
Yavuz, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə həyata keçirilən layihələrə yatıracağı investisiyanın həcmini də açıqlayıb.
Belə ki, Azərbaycan qardaş ölkədə , Trans-Anadolu qaz kəməri layihəsi də daxil olmaqla ümumi həcmi 17 milyard dollarlıq layihələr həyata keçirməyi planlaşdırıb ki, hazırda Türkiyədə bu həcmdə xarici investisiya yoxdur.