Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda korrupsiya faktları bütün sahələri əhatə edir.
Bu sırada əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azərenerji”, “Azərqaz”ın adı xüsusilə çəkilib.
Modern.az-ın məlumatına görə, Kamran Əliyev deyib ki, ki, bu ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə edib.
Kamran Əliyev korrupsiya ilə bağlı müraciətlərin ən çox daxil olduğu rayonların siyahısını da açıqlayıb. Siyahıya əsasən, müraciətlər dsaha çox Yevlax, Gədəbəy, Tovuz, Ağcabədi, Cəlilabad, Masallı, Abşeron və Sumqayıtdan daxil olub.