Hava Hücumundan Müdafiə Qoşunlarının sahib olduğu zenit raket kompleksləri 200 km uzaqlıqda yerləşən hədəfləri vurmağa qadirdir
Hərb Bu gün bir qrup deputat və jurnalist Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində olub. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının sahib olduğu “S300 PMU-2 Favorit” zenit raket kompleksləri nümayiş olunub, zenit raket komplekslərinin taktiki texniki göstəriciləri barədə məlumat verilib.
Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Altay Mehdiyev qeyd edib ki, S300 zenit raket kompleksləri öz sinfinin ən müasiridir və Azərbaycanın hava hücumundan müdafiə sisteminə əlavə güc qazandırır.
Hərbi hissə komandiri, polkovnik-leytenant Cəlil Seyfullayev bildirib ki, bu sistem 27 km hündürlüyə qədər, 200 km uzaqlıqda yerləşən hədəfləri vurmağa qadirdir, eyni anda 36 hədəfə 3 saniyə ərzində atəş aça bilər. Qurğu 300 km radiusda eyni anda 300-ə qədər hədəfi aşkar edə bilir. Sistem özü avtomatik olaraq hədəfləri müəyyən edir və atəş açır.
http://youtu.be/s-n53pIn20g