Mütəxəssislər ideal seksin düşünüldüyü kimi, saatlarla davam etmədiyini açıqlayıb. Ailem.az-ın Daily Mail-ə istinadən xəbərinə görə, Pensilvaniya Universitetinin psixoloqu Erik Korti və heyəti minlərlə kişi və qadından seks haqqındakı düşüncələrini soruşub. Seksopatoloqların hesablamalarına görə, seks müddəti illər ərzində getdikcə artıb. İdeal seks müddəti 1938-ci ildə 2 dəqiqə, 1972-ci ildə 10 dəqiqə, 1995-ci ildə 16 dəqiqə olub.
Hər bir insan həyatı boyunca orta hesabla 2580 dəfə cinsi yaxınlıq edir. Araşdırmaların maraqlı nəticəsi kişilərin 31 faizinin eyni anda iki qadınla yaxınlıq etdiyini söyləməsi olub. Eyni anda iki kişiylə yaxınlıq edən qadınlar sadəcə 5 faiz təşkil edib.
Əldə olunan nəticələrə görə, ideal seksin 7 dəqiqə davam etdiyi bilinib. 7-13 dəqiqə arasinda davam edən seks yetərli, ondan artıq davam edən seks yorucu hesab olunur. Erik Kortinin dediyinə görə, bütün gecə boyunca davam edən seks “hekayələri” həqiqəti əks etdirmir.
ailem.az