Jurnalist Alya Yaqublu sosial şəbəkədəki profilində bugünkü seçkiyə münasibət bildirən xarici müşahidəçilərin dərc olunmuş rəylərini bir yerə toplayaraq yayıb. Rəylər aşağıdakı kimidir.
***
Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri: “Bugünkü seçkilərdə böyük inkişaf, irəliləyiş müşahidə etdim”
MDB PA müşahidəçisi: “Azərbaycanda seçki komissiyalarının işi ən yüksək standartlara uyğundur”
Hakkı Kəskin: “Seçkidə iştirak yüksək səviyyədədir”
QDİƏT müşahidə qrupunun rəhbəri: “Bakıda seçki prosesi yüksək səviyyədə təşkil olunub”
Avropa Parlamentinin polşalı üzvü: “Seçicilərin fəallığı bizim ölkəmizdəkindən daha çoxdur”
Türkiyəli millət vəkili: “Seçkilər şəffaf keçirilir”
Beynəlxalq müşahidəçi qrupunun rəhbəri: “Gərginlik yoxdur, insanlar gülərüzdür”
ATƏT PA-nın müşahidə missiyasının rəhbəri: “Seçicilərin aktivliyindən məmnunuq”
Akkan Suver: “Bu, yalnız Azərbaycanın yox, Türkiyənin, Qafqazın və türk dünyasının seçimidir”
Amerikalı müşahidəçi: “Azərbaycanda seçici fəallığı Amerika ilə müqayisədə daha yüksəkdir”
ATƏT müşahidəçisi: “Seçki yüksək səviyyədə davam edir”
Amerikalı müşahidəçi: “Azərbaycanda insanlar sakit şəraitdə istədikləri namizədə səs verirlər”
Belçikalı beynəlxalq müşahidəçilər: “Seçki prosesi şəffafdır və seçici aktivliyi müşahidə olunur”
Beynəlxalq müşahidəçi İmmanuel Robert İnkirvan: “Azərbaycanda seçkilər yaxşı təşkil olunub”
Türkiyəli deputatlar səsvermənin gedişini, seçki hazırlıqlarını yüksək qiymətləndiriblər
Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru: “Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən məmnunuq”.