Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin müstəqil müşahidəçisi Şərur rayonundan olan Əkbərli İsrailə təzyiq ediblər. İsrail Əkbərli “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, Şərur rayonunda 34 saylı seçki məntəqəsində olarkən özünü təqdim etməyən bir nəfər onu məntəqədən çölə çıxarıb.
“Mənə dedi ki, sizinlə danışmaq istəyirəm. Soruşanda ki, siz kimsiz dedi ki, maşına otur bilərsiniz. Maşına olanlardan birini sifətdən tanıyıram. Onlardan biri Naxçıvanda MTN-nin əməkdaşıdır. Məni oturtdular maşına qeyri müəyyən yerə apardılar, həyatımla oynayırdılar. Ailəmlə, uşağımla təzyiq edirdilər. Deyirdilər məntəqəyə getmə, bu siyasətdən əl çək”, – o bildirib.
Onun sözlərinə görə seçkidən əvvəl də belə bir hadisə ilə qarşılaşıb.
Baş verənlə bağlı Naxçıvan MR MTN-dən məlumat almaq mümkün olmayıb. /Amerikaninsesi.org/