“Cəmi bir neçə saatdan sonra mənim kimə səs verdiyimi biləcəksiniz”.
Bu açıqlamanı prezidentliyə namizəd Zahid Oruc günün birinci yarısında jurnalistlərə vermişdi. O konkret ad çəkməmişdi, amma ehtimallar prezidentliyə namizədin hakim partiyanın namizədi, hazırki prezident İlham Əliyevə səs verdiyi ilə bağlı idi. Çünki Z.Oruc əvvəldən heydər Əliyev kursunu dəstəklədiyini açıqlamışdı, həmçinin, o seçkilərdə kəskin siyasi mübarizə aparmaq üçün deyil, sadəcə ideyalarının yayaılması və Azərbaycanın bir bütöv olaraq irəliləməsi üçün iştirak etdiyini bəyan etmişdi. Buna görə də onun məhz İlham Əliyevə səs verdiyi ehtimalı daha böyükdür.
Bununla bağlı Publika.Az-a danışan Z.Oruc bildirib ki, o, Allahın və bu millətin seçdiyi şəxsə səs verib. Konkret ad çəkməsə də, bu şəxsin İlham Əliyev olduğunu da təkzib etməyib.
“Mən Azərbaycanın gələcəyinə, bu gələcək namizədi Allahın və bu millətin seçdiyi şəxsə səs verdim. Mənim ailə üzvlərim isə mənə səs verdilər. Onlar 17 ildir mənə səs verirlər”-deyə prezidentliyə namizəd qeyd edib.