Meksikada adı açıqlanmayan bir kişinin ona xəyanət etməsin deyə illərdən bəri qeyri-rəsmi nikahda yaşadığı arvadının şalvarına qıfıl vurduğu aşkarlanıb.
Milli.Az Southland Times-a istinadən bildirir ki, Meksikanın Verakrus ştatındakı Zakatlan qəsəbəsində yaşayan 25 yaşlı qadın saatlarla ayaqyoluna gedə bilmədiyini və çox ağrılar çəkdiyini deyərək polisə şikayətlənib.
Polisdə isə o bildirib ki, 40 yaşlı əri onu illərdən bəri “kilidləyib”.
“Ərimdən çox qorxuram. Buna görə nə qıfılı aça bilirdim, nə də şalvarımı kəsib atmırdım”, – qadın deyib.
Polis onun ərini tutanda isə qadın “Şikayətçi deyiləm!” deyərək ərinin yanına gedib.
Naçar qalan polis kişini buraxmalı olub.
Verakrusdakı qadın hüquqları müdafiəçisi Araseli Qonsales çox narazıdır: “Polis qanunlara riayət etmədi. Qadına belə işgəncə verənə qarşı kimsə əməli tədbir görmədi”.
http://vk.com/video97786852_166221121?hash=dc697217ac4cdfbf