Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli oktyabrın 14-də Avropaya səfər edəcək.
Daha sonra isə C.Həsənlinin ABŞ-a səfəri nəzərdə tutulub. Səfərin reallaşmasında əsas məqsəd 9 oktyabr prezident seçkilərində baş vermiş kütləvi seçki saxtakarlığını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. “Avropa və ABŞ-a səfərimdə İlham Əliyev hakimiyyətinin səs oğurluğu müzakirə ediləcək”, deyə C.Həsənli Milli Şuranın bu gün keçirilən mitinqində çıxış edərkən məlumat verib.