Rusiyanın məşhur televiziya ulduzu, Sankt-Peterburq şəhərinin sabiq meri Anatoli Sobçakın qızı Kseniya Sobçak son günlər hər iki ölkənin (Rusiya və Azərbaycan) gündəmini zəbt etmiş qətl hadisəsinə və qətldə təqsirləndirilən Orxan Zeynalovun xüsusi təyinatlı polislər tərəfindən saxlanmasına dair videokadrlara münasibət bildirərkən yazıb: “Belə təəssürat var ki, Zeynalovun Rodyanskayada saxlanması epizodunu Fyodor Bondarçuk çəkib”.
Qeyd edək ki, Bondarçuk Rusiyanın ən tanınmış 3-5 rejissorundan biridir
minval.az