Professor İlham Rəhimov Rusiyada baş verən son olaylarla bağlı “Yeni Müsavat” qəzetinə və minval.az saytına geniş müsahibə verib. Rusiya iqtidarı yanında ciddi nüfuza malik olan xeyriyyəçi iş adamı Moskvada cərəyan edən hadisələri dəyərləndirib, Rusiyanın daxili işlər nazirinin həmyerlimiz Orxan Zeynalovu əli-qolu bağlı kabinetinə gətirməsini kəskin tənqid edib və öz tənqidini əsaslandırıb. O da məlum olub ki, professor İ. Rəhimov cinayətdə şübhəli bilinən O. Zeynalova keyfiyyətli hüquqi yardım üçün Rusiyadakı bir sıra hüquqşünas tələbə yoldaşlarına telefon açaraq, onlardan dəstək istəyib.
İlham Rəhimov bu məsələdə Kremlin, şəxsən Putinin siyasi mövqeyi, onun hadisələrə münasibəti, Azərbaycan iqtidarına təzyiq iddiaları, Moskvadakı bazarların bağlanması və s məsələlərlə bağlı suallara da ətraflı cavab verib.
musavat.com