QMİ sədrinin səfəri Ufada “Rusiyada İslam və dövlət” mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvət əsasında həyata keçiriləcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə oktyabrın 21-də Rusiya Federasiyasının Ufa şəhərinə yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər 22 oktyabrda Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufada “Rusiyada İslam və dövlət” mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvət əsasında həyata keçirilir.
Konfrans Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin yaradılmasının 225-ci ildönümünə həsr olunmuş dövlət səviyyəsində qeyd olunacaq yubiley tədbirləri çərçivəsində keçirilir.