Gender Gap Index təşkilatı 2013-cü il üçün cinsi bərabərlik reytinqini tərtib edib.
Reytinq cədvəli qadınların sağlamlıq səviyyəsi, həyat davamiyyəti, təhsil səviyyəsi və onların siyasi, iqtisadi həyatda iştirakı nəzərə alınmaqla tərtib olunub.
“Media forum” xəbər verir ki, qadın və kişi hüquqlarının bərabərlik səviyyəsi üzrə 136 ölkədə aparılan araşdırmalara görə, Azərbaycan reytinq cədvəlində 99-cu yerdə qərarlaşıb.
Siyahıda birinci yeri İslandiya tutur. İkinci və üçüncü yerləri Finlandiya və Norveç bölüşdürür.
Azərbaycana qonşu ölkələrin sıralaması isə belədir: Rusiya 61, Gürcüstan 86, Ermənistan 94, Türkiyə 120, İran 130.
Reytinq cədvəlini Çad, Pakistan və Yəmən bağlayır.