“Azadlıq” və “Yeni Müsavat” qəzetləri iddia edirlər ki, bu qəzetlərin metro stansiyalarında satışına qeyri-rəsmi qadağa qoyulub.
“Elmlər” metro stansiyasının çıxışında qəzet satan Rəsul Quliyev BBC Azərbaycancaya bu qəzetləri əvvəlkinə nisbətən daha az satdığını deyir.
Linklər”Qasidin bizə borcu 50 mini keçib”Mövzularmedia, Bölgə
“Əvvəllər hər gün 20-30 qəzet satış üçün verilirdi, amma indi günə hər iki qəzetdən onunu satırıq. “Metroservis” şirkəti bizə bu qədər qəzet verir və bilmirik nədən satış üçün gətirilən qəzetlərin sayı azalıb”.
Satıcı deyib ki, günorta olmasına baxmayaraq köşkdə hər iki qəzetin bütün nüsxələri satılıb.
Metronun yaxınlığında qoyulan qəzet köşklərinin satıcısı da adını deməsə də, günə 1-2 qəzet satdığını bildirib.
“Bizə əvvəl hər iki qəzetdən 10 nüsxə gəlirdi, amma indi az gəlir. İnsanlar gəlir soruşur. Təəssüf ki, Qasid şirkəti bizə bu qədər satış üçün qəzet verir. Anlamırıq nə baş verir”.
BBC Azərbaycanca müxbiri digər qəzetlərin metro stansiyalarında satıldığının şahidi olub.
“Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanov BBC Azərbaycancaya deyib ki, qəzetlərin metro stansiyalarında satılmasına “qeyri-rəsmi qadağa” oktyabrın 17-dən qoyulub.
“Amma metroda ümumiyyətlə qəzetimizi satmağa icazə verilmir. Metroservis şitkərinin rəhbərliyi ilə əlaqə yarada bilmirik. İşçilər anlaşılmaz cavablar verir. Artıq bir həftədir ki, qadağa davam edir və bu qəzetin iqtisadi durumuna çox pis təsir edir. Amma düşünmürəm ki, burada “Metroservis”in marağı olsun”.
“Metroservis” şirkəti ilə əlaqə yaratmaq mümkün olmayıb. BBC Azərbaycancaya telefonda şirkət rəhbərinin işdə olmadığını bildiriblər.
Cənab Süleymanov qadağanın daha yüksək səviyyədə qoyulduğunu iddia edir.
“Biz məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Mətbuat Şurasının sədri Əflatun Amaşova, Prezident Adminitrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənova müraciət etmişik. Bütün zəng və rəsmi məktublarımıza cavab gəlib ki, məsələ araşdırılır”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə BBC Azərbaycancaya qəzetin yazılı müraciətinin daxil olduğunu və məktubun araşdırıklması üçün müvafiq orqanlara göndərildiyini bildirib.
İlham Əliyev “jurnalistlərin dostudur”Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat” qəzetinə deyib ki, məsələ qurumdakı qəzet yayımı problemləri ilə məşğul olan qrupa tapşırılıb.
“Yeni Müsavat” qəzeti ilə yanaşı “Azadlıq” qəzetinin də metroda satışına qadağa qoyulduğu deyilir. BBC Azərbaycancaya danışan qəzetin baş redaktorunun 1-ci müavini Rahim Hacıyevin sözlərinə görə, “bu göstərişi kimin verdiyi məlum deyil”.
“Bizim reklamımız yoxdur, qəzet satışına məhdudiyyətlər qoyulur. Qəzeti ayaqda saxlamaq və hər gün çap etmək üçün hər gün mübarizə aparırıq”, qəzet rəhbəri deyib.
Ələsgər Süleymanov deyir ki, qəzetlərin satışına qoyulan qadağanı ictimailəşdirmək üçün bir qrup aktiv gənc metrolarda qəzeti paylamaqla aksiya keçirib.
“Yaxın günlərdə bununla bağlı daha bir simvolik aksiya keçirməyi planlaşdırıq. Bu dəfə məşhur imzalarla danışıqlar aparılır və vaxtı müəyyən olunmasa da onlar qəzetə dəstək vermək üçün metro stansiyalarda qəzeti şəhər sakinlərinə paylayacaqlar”.
Cənab Süleymanov qəzetlərin satışına qadağanın dövlət başçısı səviyyəsində qoyulduğuna inanmadığını bildirib.
“Ölkə başçısı dəfələrlə jurnalistlərin dostu seçilib, jurnalistlərə ev verilib. Bundan başqa qəzetlərə yardım edən Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondu yaradılıb. Biz çalışırıq ki, bu qadağadan dövlət başçısının da xəbəri olsun və buna reaksiya versin”.
musavat.com